Ümumilikdə beş paneldən ibarət olan konfransın elmi iclaslarında mövzunun ən mühüm tədqiqatçılarından olan Atatürk Universitetinin müəllimi Prof.Dr. Betül Arslan, TİKA başkan yardımcısı Dr. Ümit Naci Yorulmaz, Azərbaycan Türk Ocağı Başkanı Dr. Akif Aşırlı , məhşur ürək cərrahı , Sarıqamış Cəmiyyətinin sədri Prof.Dr. Bingür Sönməz. Dumlıpınar Universitetinin rektoru Prof.Dr.Süleyman Kızıltoprak, Mərmərə Universiteti Türkiyyat Araştırmaları İnstitutu müdiri Prof.Dr. Okan Yeşilot, Azərbaycan İdarəçilik Akademiyasının kafedra müdiri dos.Firdovsiyyə Əhmədova, Azərbaycan Pedaqoji Universitetinin müəllimi Prof.Dr. Xəqani Məmmədov, Mərmərə Universitetinin müəllimi dos. Mehdi Gəncəli, Karabük Universitetinin müəllimi Prof.Dr. Ali Asker, BDU- nun müəllimi dos.Boran Əziz, Xəzər Universitetinin kafedra müdiri dos. Telman Nüsrətoğlu, Qaziantəp Universitetinin dosenti Sadık Çətin, Sağlık Bilimləri Universitetinin dosenti Resul Kösə, Xəzər Universitetinin müəllimləri Dr. Söhrab Mustafayev, Dr.Ramin Fətullayev, Ceyran Məmmədova və diyər tarixçilər tərəfindən Azərbaycan cəmiyyətinin əsirlərə yardımlarının müxtəlif istiqamətləri ,əsirlərin Nargindəki həyatı , milli komitə, cəmiyyətlər və qəzetlərin əsirlər, möhtaçlarla bağlı yardım fəaliyyətləri müxtəlif panellərdə geniş şəkildə işıqlandırılmışdır. Azərbaycan, Türkiyə və Rusiyadan gələn mütəxəsislər məsələnin tarixi, milli, hüquqi və insani tərəflərini geniş şəkildə mütaliə və izah etmişlərdir. Hər panelin sonunda çıxışçılara və tədbirdə könüllü olaraq fəaliyyət göstərən tələbələrə sertifikatlar verilmişdir. Konfransa aid tezislər və proqram öncədən çap edilmiş və gələn qonaqlara təqdim edilmişdir. Bundan başqa bu mühüm tarixi dövrü unutmamaq, Azərbaycan- Türkiyə qardaşlığının dərin tarixi təməllərini yaddaşlarda daima diri tutmaq, onların xatirələrini əbədiləşdirmək üçün irəli sürülən aşağıdakı təkliflər konfrans iştirakçıları tərəfindən dəstəklənmişdir.
10Mənbələr
-
nuh.azBakıda Osmanlı əsirləri və qardaş yardımı mövzusunda beynəlxalq konfrans keçirildi (FOTO) ( 18343834)
-
missiya.azXəzər Universitetində beynəlxalq elmi konfrans keçirilib- FOTOLAR ( 18324223)
-
missiya.azXəzər Universitetində beynəlxalq elmi konfrans keçirilib- FOTOLAR ( 18324220)
-
tribunainfo.azBakıda Osmanlı əsirləri və qardaş yardımı mövzusunda beynəlxalq konfrans keçirildi (FOTO) ( 18323350)
-
bizimyol.infoBirinci Dünya Müharibəsində Azərbaycanda Osmanlı Əsirləri adlı beynəlxalq elmi konfrans və sərgi keçirildi ( 18322018)
-
sherg.azXəzər Universitetində Nargin və Osmanlı əsirləri mövzusunda beynəlxalq konfrans keçirilib- FOTOLAR ( 18322006)
-
demokrat.azBakıda Nargin və Osmanlı əsirləri mövzusunda beynəlxalq konfrans keçirildi FOTOLAR ( 18321937)
-
demokrat.azBakıda Nargin və Osmanlı əsirləri mövzusunda beynəlxalq konfrans keçirildi — FOTOLAR ( 18320761)
-
turkic.worldXəzər Universitetində Azərbaycanda əsirlərə yardım mövzusunda beynəlxalq elmi konfrans keçirilib ( 18319693)
-
milliyol.azBakıda Osmanlı əsirləri və qardaş yardımı mövzusunda beynəlxalq konfrans keçirildi (FOTO) ( 18319276)