AZ

Arının öldürdüyü milyarderlə Peyğəmbəri birləşdirən detal Zirəddin danışdı

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Polo oyunu zamanı arı udaraq həyatını itirən hindistanlı milyarder Sanjay Kapurun faciəvi ölümü dünya ictimaiyyətində geniş rezonans doğurub. Belə ki, iş adamının ağzına qəfildən arı daxil olub və onu sancıb. Bu qeyri-adi ölüm bir sıra suallar doğurmaqla yanaşı, müxtəlif mistik ehtimalları  da gündəmə gətirib.

Globalinfo.az-a danışan ekstrasens və kliniki psixoloq Zirəddin Rzayev hadisəni qədim əfsanələrlə, hətta bəd-nəzərlə əlaqələndirib.

O, Nəmrud adlı padşahın burnuna və beyninə milçək daxil olduğu üçün ağrılı şəkildə vəfat etdiyini xatırladıb:

“Nəmrud İbrahim peyğəmbərin qatı düşməni idi. O, Həzrəti İbrahimi diri-diri yandırmağa çalışmışdı. Lakin onun burnuna və beyninə milçək girəndə dəhşətli şəkildə öldü. Sanjay Kapurun ölümü də cadu, paxıllıq, bəd-nəzər və ya onun öz günahlarının nəticəsi ola bilər. Pis gözə inanıram, bu mövcuddur və dini ədəbiyyatlarda, inanclarda da öz əksini tapıb. Əminəm ki, Sanjayın ölümü təsadüfi deyil”.

Qeyd edək ki, 53 yaşlı Sanjay Kapur arının ağzından sancmasından sonra anafilaktik şok keçirərək ürəyi dayanıb.

“Forbes” jurnalının məlumatına görə, iş adamının şəxsi sərvəti təxminən 1,2 milyard dollardır.

Leyla Əlisoy

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
globalinfo.az

1Mənbələr