AZ

İsrailə qarşı hücumlar daha da intensivləşəcək

Yeni və inkişaf etmiş Pilotsuz Uşuş Aparatları ilə İsrailə qarşı hücumlar başlayıb. Qarşıdakı saatlarda bu hücumlar daha da intensivləşəcək.

Modern.az xəbər verir ki, bu barədə İran Ordusu Quru Qoşunları Komandiri Kiyumers Haydari bildirib.

"Ötən gün gecə boyunca dağıdıcı və dəqiq gücə malik müxtəlif  PUA-larla İsrailə qarşı əkshücum əməliyyatı həyata keçirib.  Bu silahlar siyonist rejimin Tel-Əviv və Hayfadakı stratejik nöqtələrini məhv edib",-Haydari deyib.

Xatırladaq ki, İsrail 13 iyun tarixində İranın müxtəlif şəhərlərinə yerləşən nüvə obyektlərini və ölkənin yüksək çinli hərbçilərini hədəfə alan irimiqyaslı hücumlar həyata keçirib. İran Baş Qərargah rəisi, SEPAH komandiri və digər bəzi yüksək çinli komandirlər, eləcə də 9 nüvə alimi İsrailin avia zərbələri nəticəsində həyatını itirib. İran tərəfinin məlumatına görə, 224 nəfər mülki vətəndaş da həyatını itirib.

İran ordusunun İsrailə ballistik raketlərlə həyata keçirdiyi əkshücumda isə 24 nəfərin öldüyü, 500-dən artıq insanın isə yaralandığı qeyd edilib.

Seçilən
1
1
modern.az

2Mənbələr