AZ

Reabilitasiya mərkəzində pasiyentlərə işgəncə verməkdə təqsirləndirilən şəxslə bağlı qərar verilib

“New Life” reabilitasiya mərkəzində xəstələrə işgəncə verməkdə ittiham olunan Sərxan Əliyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sərxan Əliyevin cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayət işi üzrə təqsirləndirilənlər - Famil Rzayev 8 il, Orucəli Əliheydərov və Elvüsal Hüseynov 7 il, Qənbər Həsənov 6 il 6 ay, Sərxan Əliyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Sözügedən reabilitasiya mərkəzi Novxanı qəsəbəsində fəaliyyət göstərib.

Mərkəzin rəhbəri O.Əliheydərov, digər əməkdaşları – E. Hüseynov, F. Rzayev, S.Əliyev və Q. Həsənov pasiyentlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunublar.

İttihamda qeyd olunub ki, mərkəzdə suda boğma, yüksəklikdən asma, bağlı qapı arxasında saxlama kimi işgəncə növlərindən istifadə edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər.

Həmçinin Elvüsal Hüseynov, Orucəli Əliheydərov və Famil Rzayevə Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib.

Seçilən
1
2
report.az

4Mənbələr