AZ

Bəzi avtobuslarda QR ilə ödənişlərdə balansdan beş qəpik artıq gediş haqqı tutulur?

Bakıda 211 və 194 nömrəli marşrut avtobuslarında QR-ödənişləri zamanı, gediş haqqının 55 qəpik olmasına baxmayaraq, 60 qəpik çıxıldığı iddia edilib.

KONKRET.az xəbər verir ki, sərnişinlər problemin iyunun 11-də yaşandığını qeyd ediblər.

“Çox az hallarda avtobusdan istifadə edirəm. İyunun 11-də 211 və 194 nömrəli marşrut avtobuslarından istifadə etdim. Gediş haqqı həmin marşrutda 55 qəpikdir. QR-ödənişlərdə 55 qəpik seçəndə gediş haqqı qeydə alınmır, yalnız 60 qəpik seçdikdə gediş haqqı təsdiqlənir”, – deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında bildirib ki, qeyd edilən tarixdə hər iki marşrut avtobusunun ödəmə terminallarının monitorinqi aparılıb:

“Araşdırma zamanı iddia təsdiqini tapmayıb. 211 və 194 nömrəli marşrutlar üzrə fəaliyyət göstərən avtobuslarda 55 qəpikdən artıq ödəmə həyata keçirilməyib. Vətəndaşlar belə bir halla üzləşiblərsə, məsələnin araşdırılması üçün AYNA-ya rəsmi qaydada müraciət edə bilərlər”.

Seçilən
0
4
konkret.az

5Mənbələr