AZ

"İsrail İran üçün bir neçə sürpriz hazırlayıb... Onların yanında peycer əməliyyatı heç nədir..."-Səfir

İsrail İrana qarşı yeni əməliyyat hazırlayıb.
 
Moderator.az  xəbər verir ki, İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter  bu haqda "American Merit Street" telekanalına danışıb.
 
"Biz bəzi sürprizlər hazırlamışıq. Qaranlıq çökəndə cümə axşamı və cümə günləri bəzi sürprizlər görəcəksiniz, onlarla müqayisədə peycer əməliyyatı (Livanda "Hizbullah"a qarşı) demək olar ki, əhəmiyyətsiz görünəcək",- deyə Leyter bildirib.
 
Xatırladılırki, 2024-cü il sentyabrın 17 və 18-də Livanın müxtəlif yerlərində rabitə cihazlarında, əsasən peycer və radiolarda çoxsaylı partlayışlar baş verib. Respublikanın hakimiyyət orqanlarının məlumatına görə, 37 nəfər həlak olub, 3000-dən çox insan yaralanıb.
 
"Hizbullah" partlayışlara görə İsraili günahlandırıb. İsrail rəsmiləri daha sonra əməliyyatın ölkənin kəşfiyyat xidmətləri tərəfindən təşkil edildiyini təsdiqləyiblər.
Seçilən
0
2
moderator.az

3Mənbələr