"Qarabağ" müdafiəçisi Abbas Hüseynovu buraxmaq niyyətində deyil.
Sportal.az saytına verilən məlumata görə, Azərbaycan çempionu Hüseynova yeni müqavilə təklif edib. Tərəflər arasında razılıq əldə edildiyi bildirilir.
Yeni müqavilə isə 2 illikdir. Milli komandamızın üzvünün “Qarabağ”la hələ 1 illik müqaviləsi qüvvədə idi.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2017-ci ildə “İnter”dən (indiki “Şamaxı”) “Qarabağ”a keçmişdi.
saytlarin hazirlanmasi