AZ

İşə düzəltmək adı altında 42 min manat ələ keçirməkdə ittiham edilən şəxs tutulub

Dövlət qurumunda işə düzəltmək adı altında dələduzluq edən şəxs məsuliyyətə cəlb edilib.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 33 yaşlı Fidan Məmmədova saxlanılıb. Belə ki, o, ayrı-ayrı vaxtlarda 11 vətəndaşı dövlət qurumlarına müxtəlif vəzifələrə işə düzəltmək vədi ilə aldadaraq 42 min manata yaxın pul vəsaitini ələ keçirib.

Faktla bağlı Sumqayıt ŞPİ-də cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.

F.Məmmədovanın analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

 

 

Seçilən
24
25
operativmm.az

10Mənbələr