BAKI. 17 iyun. TELEQRAF
AFFA İntizam Komitəsi iki komandanı cəzalandırıb.
Teleqraf xəbər verir ki, bunlar "Kürdəmir" və "Dinamo"dur.
"Kürdəmir" U-12 Liqasında "İsmayıllı"ya qarşı keçirməli olduğu ev oyununda, "Dinamo Bakı" isə U-17 Liqasında "Turan Tovuz"a qarşı səfər matçında nəzərdə tutulmuş vaxtda meydanda olmayıb.
Nəticədə hər iki görüş baş tutmayıb.
İntizam Komitəsi "Kürdəmir" və "Dinamo"ya 0:3 hesablı texniki məğlubiyyət verib.