ABŞ Prezidenti Donald Trampın Kanadada baş tutan G7 sammitini vaxtından əvvəl tərk etməsi diqqət çəkib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Ağ Ev Trampın İsrail-İran gərginliyinin artması səbəbindən tədbirdən tez ayrıldığını açıqlayıb.
Fransa Prezidenti Emmanuel Makron G7 sammitində jurnalistlərə verdiyi açıqlamada ABŞ liderinin İsrail və İran arasında atəşkəs təklifi verdiyini bildirib.
"Həqiqətən də bir araya gəlmək, görüşmək təklifi var. Xüsusi olaraq atəşkəs əldə etmək, sonra daha əhatəli danışıqlara başlamaq təklifi irəli sürülüb", - deyə Makron söyləyib.
Tramp sosial şəbəkə hesabında paylaşım edərək Makronun atəşkəs iddiasını açıq şəkildə rədd edib:
“Diqqət çəkməyə çalışan Fransa Prezidenti Emmanuel Makron mən Kanadada keçirilən G7 sammitini tərk edib, İsrail və İran arasında atəşkəsi təmin etmək üçün Vaşinqtona qayıtdığımı deyib”. Bu, yanlışdır. Vaşinqtona niyə getdiyimlə bağlı heç bir fikri yoxdur, bu, qətiyyən atəşkəslə bağlı deyil. Daha böyük bir məsələdir. Bilərəkdən və ya bilməyərəkdən Makron həmişə yanılır”.
Billurə Yunus