AZ

Azərbaycanda mədənçıxarma və energetika sektoruna kredit qoyuluşu 764,4 milyon manat olub

2025-ci ilin mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-bank maliyyə institutları tərəfindən mədənçıxarma, elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna verilən kreditlərin həcmi 764,4 milyon manata çatıb.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici aprelin sonu ilə müqayisədə 1,4 milyon manat və ya 0,2 faiz artıb. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə kredit həcmi 65,8 milyon manat və ya 7,9 faiz azalıb.

Eyni zamanda, hesabat dövründə ölkədə real sektora kredit qoyuluşunun ümumi həcmi 29,9 milyard manat təşkil edib. Bu, aylıq müqayisədə 219,4 milyon manat və ya 0,7 faiz, illik müqayisədə isə 3,9 milyard manat və ya 15,1 faiz artım deməkdir.

Fuad Mədətov
Finss.az

Seçilən
13
fins.az

1Mənbələr