AZ

Media hamı üçün bərabər imkanlar tanımalı və informasiya əlçatan olmalıdır - Fazil Novruzov

Bakı. Trend:

İnformasiya almaq hər bir insanın fundamental hüququdur. Buhüququn təmin edilməsi yalnız texniki məsələ deyil, eyni zamandainsan ləyaqətinin, bərabər imkanların və inkuliziv cəmiyyətquruculuğunun əsas şərtidir.

Trend xəbərverir ki, bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzovqurumun təşkilatçılığı ilə keçirilən “Audiovizual mediadabərabərlik və informasiyaya əlçatanlıq’’ mövzusunda tədbirdə çıxışızamanı deyib.

Aparat rəhbəri bildirib ki, media, o cümlədən audiovizual mediahamı üçün bərabər imkanlar tanımalı və onların yaydığı informasiyahamı üçün əlçatan olmalıdır:

“Fiziki göstəricilərinə, əlliliyinin olub-olmamasından asılıolmayaraq hamının xəbərlərə, gündəlik aktual məsələlərə, caritəfsirlərə çıxışı və əlçatanlığı olmalıdır.

Tədbirin mövzusuna baxsaq, əslində özündə ən təməl insanhüquqlarından birini, informasiya əldə etmək hüququnu və buistiqamətdə bərabərliyi, əngəlsizliyi, əlçatanlığı ehtivaedir”.

Məqalədə:
Seçilən
3
1
az.trend.az

2Mənbələr