AZ

İran İsrail ordusunun məxfi bazalarının FOTOsunu yaydı

İran İsrailin gizli bazalarının yerlərinin 3D vizualizasiyasını göstərən görüntü yayımlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Azad İran" Media Qrupu məlumat yayıb.

Qeyd edək ki, görüntüdə İDF bazaları maksimum təfərrüatı ilə göstərilir. Helikopter meydançaları, döyüş təyyarələrinin bazaları, hərbi qurğular və infrastruktur görünür.

Fotoda xüsusilə "Ramat David" hava bazası əks olunub. Uçuş zolaqları, sursat anbarları, avadanlıq və əməliyyat mərkəzləri aydın görünür.

Seçilən
9
publika.az

1Mənbələr