AZ

“Aloe” apteklərində qanun pozulur- Müştəyiləri aldadırlar (İDDİA)

“Aloe” apteklər şəbəkəsinin fəaliyyəti ilə bağlı sosial mediada müştəri narazılıqları artıb. AzPost xəbər verir ki, vətəndaş Günel Aylim şəxsi sosial hesabında aptek şəbəkəsinin Elmlər Akademiyası və İçərişəhər filiallarının iş prinsipi və müştəriyə yanaşması ilə bağlı ciddi ittihamlar səsləndirib.

Onun sözlərinə görə, Elmlər Akademiyası filialında aldığı dərmanlara görə iki dəfə qəbz sonradan “Whatsapp” vasitəsilə göndərilib. O bildirib ki, hər iki halda ƏDV vurduqda sistemdə artıq müraciət olunduğu görünür. Bu isə, iddiaya görə, aptek əməkdaşlarının qəbzi gec göndərib, ƏDV-ni öz adlarına yazdırması ehtimalını ortaya çıxarır. Şikayətçi bu məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Dövlət Vergi Xidmətinə rəsmi müraciət etdiyini, lakin 15 maydan bu yana cavab ala bilmədiyini bildirib.

Bundan əlavə, Günel Aylim aptekin İçərişəhər, Təzə Bəy hamamı yaxınlığındakı filialının iş saatlarına əməl etmədiyini qeyd edib. Rəsmi olaraq saat 23:00-a qədər fəaliyyət göstərməsi nəzərdə tutulan aptek 22:50-də qapılarını bağlayaraq, müştəriyə xidmət göstərməkdən imtina edib. Müştərinin ifadəsinə görə, içəridə olan əməkdaşlar vaxtın tamam olmasını gözləyərək, iş saatını süni şəkildə tez başa vurublar.

Şikayətçi əlavə edib ki, Elmlər filialında digər apteklərdən fərqli olaraq “Umico” bonus sisteminin də aktiv olmadığı bildirilir. Halbuki digər “Aloe” apteklərində bu imkan müştərilərə təqdim olunur.

Günel Aylim qeyd edib ki, apteklərin rəhbərliyindən bu pozuntularla bağlı rəsmi açıqlama və tədbir gözləyir. O bildirib ki, bu cür halların davam etməsi halında məsələni aidiyyəti üzrə daha yuxarı orqanlara çatdıracaq.

“Aloe” apteklər şəbəkəsinin rəsmi mövqeyi olarsa məlumat yenilənəcək.

AzPost.az

Seçilən
9
1
azpost.info

2Mənbələr