AZ

Tramp Rusiyaya qarşı yeni sanksiyaları ləngitməsinin səbəbini açıqlayıb

ABŞ prezidenti Donald Tramp niyə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hələ hazır olmadığını açıqlayıb...

Poliqon News Live portalına istinadən xəbər verir ki, o, bu barədə G7 sammiti çərçivəsində jurnalistlərlə bildirib.

Tramp qeyd edib ki, hələlik bu qərardan çəkinir, çünki ilk növbədə Ukrayna ilə Rusiya arasında sülh sazişinin imzalanıb-imzalanmayacağına baxmaq istəyir.

O qeyd edib ki, Avropa Rusiyaya qarşı sanksiyaların gücləndirilməsindən danışır, lakin hələ heç nə etməyib. ABŞ-ın yeni sanksiyalarla bağlı qərarını niyə gecikdirməsi ilə bağlı suala Tramp belə cavab verib:

"Gözləyirəm ki, bir razılaşma imzalansın. Görək, sanksiyalar bizim üçün çox baha başa gəlir. Mən bir ölkəyə sanksiya tətbiq edəndə bu, ABŞ-a külli miqdarda pul, külli miqdarda pul bahasına başa gəlir. Bu, təkcə sənədlərin imzalanması deyil, milyardlarla dollara başa gəlir. Sanksiyalar o qədər də sadə deyil, bu, birtərəfli yol deyil".

Poliqon.info

Seçilən
4
poliqon.info

1Mənbələr