AZ

Azərbaycanda bu şəxslər iki yerdən pensiya ala biləcək

Əmək qanunvericliyinə 200-ə yaxın dəyişiklik üzərində işlər tamamlanmaq üzrədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, onlardan bir qismi “Əmək Məcəlləsinə” dəyişikliklər, bəziləri isə yeni aktlar kimi təklif olunur. Digər profil qurumlar ilə razılaşdırmaqda olan qanun layihələrindən biri də “Qeyri-dövlət (özəl) pensiya fondarı” ilə bağlıdır. Özəl pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb.

Publika.az xəbər verir ki, dəyişikliyi şərh edən millət vəkili Vüqar Bayramov bildirib ki, əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin:

“Bu da, təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontekstdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsinə ehtiyac var idi.

Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman iki mənbədən pensiya ala biləcək. Məsələn, əgər onun pensiya məbləği 600 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq, 300 manat almaq imkanı qazanacaq. Bu nümunədə, vətəndaş 600 manat deyil, 900 manat pensiya ala biləcək. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq.

Seçilən
6
49
publika.az

3Mənbələr