AZ

Tehranın mərkəzinə DƏHŞƏTLİ ZƏRBƏ – SEPAH generalı ÖLDÜRÜLDÜ – QIRĞIN BAŞLANDI!

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Tehranın mərkəzində yerləşən hərbi qərargaha hava zərbəsi endirərək İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Şadmanini məhv ediblər.

Musavat.com xəbər verir ki, bu barədə İsrail ordusu – TsAXAL rəsmi açıqlama yayıb.

Məlumata görə, əməliyyat İsrailin kəşfiyyat məlumatlarına əsasən həyata keçirilib. Əli Şadmani İran ordusunda və İnqilab Keşikçiləri Korpusunda yüksək vəzifə tutan, həmçinin ölkə lideri Ayətullah Əli Xameneyiyə ən yaxın şəxslərdən biri hesab olunurdu.
TsAXAL-ın açıqlamasında qeyd olunub ki, Şadmani son günlərdə – onun sələfi, general Əlam Əli Rəşidin “Am KeLavi” əməliyyatı zamanı öldürülməsindən sonra bu vəzifəyə təyin edilmişdi:

“Şadmani müxtəlif funksiyaları yerinə yetirərək İranın İsrailə qarşı hücum planlarına birbaşa təsir göstərirdi”, – deyə İsrail ordusundan bildirilib.

Hazırda bölgədə vəziyyət daha da gərginləşib və müharibənin genişlənməsi təhlükəsi artır.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Seçilən
4
2
musavat.com

3Mənbələr