AZ

“Barselona” ulduz futbolçudan istədiyi cavabı aldı

“Barselona” “Atletik”in hücumçusu Niko Uilyamsın transferi ilə bağlı yekun qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, klub oyunçudan müsbət cavab aldığı üçün futbolçunun 58 milyon avroya satın alma variantını aktivləşdirməyə qərar verib. “Barselona”nın ispan futbolçunun agenti ilə danışıqları davam etdirir. 

Uilyams 2021-ci ildən “Atletik”də çıxış edir. 2024/25 mövsümündə bütün yarışlarda 45 matçda 11 qol və 7 məhsuldar ötürmə var. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Seçilən
5
idmanxeber.az

1Mənbələr