AZ

Tramp Kanadada keçiriləcək G7 sammiti çərçivəsində Zelenski ilə görüşməyəcək

ABŞ prezidenti Donald Tramp Kanadada keçirilən “Böyük yeddilik” sammitindən vaxtından əvvəl ayrıldığı üçün tədbir çərçivəsində Volodimir Zelenski ilə görüşməyəcək.

Operativ Media xəbər verir ki, bu barədə Avstriyanın "Die Presse" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, iyunun 16-da Zelenski Vyanaya səfər edib, daha sonra isə Kanadaya yola düşüb.

“Bu gün Zelenskinin Tramp ilə 'Böyük yeddilik' sammitinin kuluarlarında görüşü planlaşdırılmışdı. Lakin ABŞ prezidentinin sammiti vaxtından əvvəl tərk etməsi səbəbindən bu görüş baş tutmayacaq”, – deyə qəzet yazır.

"Politico" nəşrinin məlumatına görə, iyunun 17-də sammit iştirakçıları Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə etməyi planlaşdırırlar. Daha əvvəl Ağ Ev Tramp ilə Zelenski arasında Kanadanın Kananaskis şəhərində görüşün nəzərdə tutulduğunu açıqlamışdı.

Seçilən
9
operativmedia.az

1Mənbələr