AZ

Azərbaycan neftinin qiyməti 75 dollara enib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 1,85 ABŞ dolları və ya 2,38% azalaraq 75,79 ABŞ dollarına bərabər olub.

Azərbaycan neftinin əvvəlki qiyməti 77,64 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Seçilən
10
23
sherg.az

10Mənbələr