AZ

Xameneinin ən yaxın adamlarından biri hücum zamanı öldü - İsrail

Dünən gecə İsrail hava qüvvələrinin Tehrana endirdiyi zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Hatəm əl-Ənbiya"nın (fövqəladə vəziyyət komandanlığı) yeni təyin olunmuş komandiri və eyni zamanda İran Silahlı Qüvvələrinin əməliyyat qərargahının rəisi Əli Şadmani həlak olub.

Paralel.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri (İDF) məlumat yayıb.

Məlumata görə, Ə.Şadmani ən yüksək rütbəli hərbi komandir və İslam Respublikasının ali rəhbəri Əli Xameneinin ən yaxın adamlarından biri idi.

Şadmani iyunun 13-də sələfi İsrailin hücumlarında öldürüldükdən sonra "Hatəm əl-Ənbiya"nın başına keçmişdi.

Seçilən
2
4
paralel.az

5Mənbələr