AZ

"Ermənistanda söz azadlığı zorakılığa məruz qalır" -Soqomonyan

Xəbər verdiyimiz kimi dünən Ermənistanda jurnalist polis xüsusi təyinatlısı tərəfindən döyülüb. Jurnalistin peşə fəaliyyətini yerinə yetirən zaman qırmızı beretli tərəfindən zorakılığa məruz qalması erməni cəmiyyətində narazılıq yaradıb.

Məsələn, “Ayakve” təşəbbüsünün üzvü, tarixçi Menua Soqomonyan yerli mediaya açıqlamasında ölkəsində söz azadlığının acı durumundan şikayətlənib: "Öz peşə borcunu yerinə yetirərkən qırmızı beretli polis əməkdaşı tərəfindən hücuma məruz qalan jurnalist Meri Manukyanla həmrəyliyimi bildirirəm. Jurnalistin peşə fəaliyyətinə mane olmaq və ona qarşı ağır fiziki zorakılıq tətbiq etmək Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət hadisəsi sayılır. Polis əməkdaşını sadəcə olaraq bu hərəkətinə görə işdən uzaqlaşdırmağın özü cinayətdir. Biz növbəti dəfə mövcud rəhbərliyin söz azadlığına qarşı zorakılığı təbliğ etdiyini gördük”.

Tural

Seçilən
7
news365.az

1Mənbələr