AZ

Natanz uran zəngünləşdirilməsi zavodunun yerüstü hissəsi tam dağıdılıb – MAQATE rəhbəri

“İranın Natanz şəhərindəki uranın zənginləşdirilməsi zavodunda sentrifuqalar İsrailin zərbələri nəticəsində “tamamilə məhv edilməsə də, ciddi zədələnib”.

Herbiand.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi bunu iyunun 16-da BBC-yə müsahibəsində bildirib.

Qrossinin sözlərinə görə, Natanzdakı sentrifuqaların zədələnməsi çox güman ki, elektrik enerjisinin kəsilməsi nəticəsində baş verib və zərbələr zamanı zavodun yerüstü hissəsi “tamamilə məhv edilib”. Eyni zamanda, sentrifuqaların yerləşdiyi yeraltı zala birbaşa zərbə endirilib.

O əlavə edib ki, İsrailin zərbələri nəticəsində İsfahandakı nüvə mərkəzində 4 bina zədələnib. Bununla belə, Fordodakı yeraltı uranın zənginləşdirilməsi zavodu, zədələnməyib.

Seçilən
4
herbiand.az

1Mənbələr