AZ

İran dövlət televiziyasının 3 əməkdaşı HƏLAK OLDU - VİDEO

İsrail və İran arasında davam edən qarşıdurma çərçivəsində baş verən son hava zərbələri İranın daxili informasiya məkanına ağır zərbə vurub. İsrailin 17 iyun 2025-ci il tarixində həyata keçirdiyi aviazərbələrdən biri nəticəsində İranın dövlət qurumuna məxsus "IRIB" (“Islamic Republic of Iran Broadcasting”) telekanalının əməkdaşı Masume Əzimi həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Masume Əzimi dövlət informasiya sektorunda tanınmış jurnalist və redaktor kimi çalışırdı. O, illərdir IRIB-də xəbər buraxılışları və ictimai-siyasi proqramların hazırlanmasında aktiv iştirak edib.

Əzimi İsrailin zərbələri zamanı telekanalın texniki bölməsində olub.

Qeyd edək ki, həmin vaxt şirkətin ümumilikdə 3 əməkdaşı dünyasını dəuişib.


Bizim.Media

Seçilən
20
1
bizim.media

2Mənbələr