“Sevilya”nın yeni baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, komandanın sükanı Matias Almeydaya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 51 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Almeyda daha əvvəl Argentinada “River Pleyt”, “Banfild”, Meksikada “Çivas”, ABŞ-də “San Xose”, Yunanıstanda AEK-də işləyib.