AZ

Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs SAXLANILDI

Bu gün, 09:23
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından müxtəlif növ narkotik vasitələr alan əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.сom-a verilən məlumata görə, adıçəkilən şəxsdən 1 kiloqrama yaxın marixuana və 350 qram heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.



Seçilən
17
22
Reportyor.tv

9Mənbələr