AZ

Neft bahalaşdı

BAKI, 17 iyun. TELEQRAF

İran-İsrail münaqişəsinin dərinləşəcəyi ilə bağlı narahatlıqlar fonunda neftin qiymətləri artıb.

Teleqraf xəbər verir ki, iki ölkə arasındakı münaqişə Yaxın Şərqdə əsas neft istehsal edən bölgədən tədarükün pozulması və bölgədə gərginliyin daha da artması riskini yüksəldib.

Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0.76% artaraq 73.78 dollar/barel olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 bareli 0.65% artaraq 72.23 dollar təşkil edib.

Seçilən
4
teleqraf.com

1Mənbələr