AZ

800 min dollarlıq unikal “Nissan Skyline GT-R R34” satışa çıxarıldı

Finss.az - Beynəlxalq avtomobil kolleksiyaçıları üçün nadir tapıntı hesab edilən Nissan Skyline GT-R R34 modelinin modifikasiya olunmuş və məhdud sayda buraxılmış versiyası Dubayda satışa çıxarılıb.

Bu, V-Spec II Nismo Clubman Race Spec spesifikasiyasında istehsal olunan və yalnız 19 ədəd mövcud olduğu güman edilən avtomobildir.

2001-ci il istehsalı olan kupe, təxminən 800 min dollar dəyərində qiymətləndirilir. Avtomobilin texniki göstəriciləri də diqqət çəkir:

  • RB26DETT Z2 kodlu mühərrik (450 at gücü),

  • Ohlins komponentləri ilə təkmilləşdirilmiş asqı sistemi,

  • Brembo əyləclər,

  • 6 pilləli mexaniki sürət qutusu və tam ötürücülü sistem,

  • 0-dan 100 km/saat sürətə 4.8 saniyəyə çatır.

Avtomobilin bu versiyası, “Nismo” tərəfindən yol istifadəsinə uyğunlaşdırılmış yarış maşını kimi hazırlanıb. Nəticədə həm koleksiya dəyəri, həm də investisiya potensialı ilə fərqlənir.

Qeyd edək ki, iyun ayında Moskvada da bənzər nadir model — V-Spec II Nur (2002) satışa çıxarılıb. Onun qiyməti 60 milyon rubl (təxminən 670 min dollar) olaraq göstərilib. Bu avtomobilin cəmi 13 min kilometr yürüşü var və 500 at gücü ilə təchiz olunub.

Ekspertlər hesab edir ki, bu cür unikal avtomobillər son illərdə yalnız avtomobil həvəskarları üçün deyil, həm də sabit investisiya aləti kimi getdikcə daha çox diqqət çəkir.

Seçilən
7
fins.az

1Mənbələr