İsrailin zərbələri nəticəsində son 24 saat ərzində Qəzza zolağında ən azı 66 nəfər öldürülüb.
Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Son 24 saat ərzində Qəzza zolağında xəstəxanalara 66 ölü, o cümlədən daha əvvəl öldürülən iki nəfərin cəsədi gətirilib. 182 nəfər isə yaralanıb”, – məlumatda bildirilir.
Nazirliyin məlumatına görə, martın 18-də İsrail döyüşləri bərpa etdikdən sonra Qəzza zolağında 5139 nəfər öldürülüb, itkilərin sayı isə 16882 nəfərə çatıb.
2023-cü il oktyabrın 7-dən bu yana ölənlərin sayı 55 432 nəfərdir və 128 923 nəfər isə yaralanıb.