İsrailin Müdafiə Ordusu İrandan ölkə ərazisinə doğru atılan raketləri aşkar edib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələri təhlükəni aradan qaldırmaq üçün raketi vurub və cavab zərbələri endirir", - məlumatda bildirilib.
Həmçinin qeyd olunub ki, raket buraxıldıqdan sonra İsrailin şimalında bir neçə bölgədə hava hücumu sirenləri səslənib.