AZ

İsrail basketbol üzrə milli çempionatın finalını ləğv etdi

BAKI, 16 iyun. TELEQRAF

İsrail İranla münaqişənin kəskinləşməsi səbəbindən basketbol üzrə ölkə çempionatının finalını ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə turnirin saytında məlumat yerləşdirilib.

“Makkabi Tel-Əviv” və “Hapoel Yerusəlim” komandaları final seriyasının üçüncü matçını keçirməli idi. Həmin vaxt üçün hesab bərabər idi - 1-1. Qarşılaşma iyunun 15-nə planlaşdırılsa da, qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Təşkilatçılar mövcud vəziyyətin həlli yollarını axtarsalar da, tapa bilməyiblər.

"Komitənin mövqeyi ondan ibarətdir ki, çempion sırf idman prinsipi əsasında müəyyən edilməlidir. Final matçı olmadıqda, komitə ürək ağrısı ilə çempionun elan olunmayacağına qərar verdi".

Seçilən
11
teleqraf.com

1Mənbələr