AZ

Tramp: İran nüvə sazişini imzalamasa, nəsə baş verəcək

BAKI, 17 iyun. TELEQRAF

"İran nüvə sazişini imzalamalıdır, əks halda nəsə baş verəcək".

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu xəbərdarlığı G7 sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Key Starmerlə görüşü zamanı edib.

O, konkret nə baş verəcəyini açıqlamayıb.

D.Tramp həmçinin qeyd edib ki, Tehran danışıqlara həvəslidir, lakin İran hakimiyyəti bu barədə daha əvvəl qərar verməli idi: "Bizim də, onların da 60 günü var idi. 61-ci gündə mən dedim: bizim sövdələşməmiz yoxdur".

Seçilən
10
teleqraf.com

1Mənbələr