AZ

"Çelsi" klublararası dünya çempionatına inamlı qələbə ilə başladı

Klublararası dünya çempionatının ilk turunun daha bir oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, D qrupunda yer alan "Çelsi" ilə ABŞ "Los Anceles"i üz-üzə gəliblər.   

Bakı vaxtı ilə saat 23:00-da başlayan görüş İngiltərə nəhənginin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. "Çelsi"nin qollarına 34-cü dəqiqədə Pedru Netu, 80-ci dəqiqədə Entso Fernandes imza atıb. Bu qarşılaşma həm də "zadəganlar"ın yeni transferi Liam Delapın debüt matçı olub.

ABŞ-də təşkil olunan klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda mübarizə aparır. Hər qrupdan iki ən güclü komanda pley-off mərhələsinə yüksələcək.

Qrup mərhələsinin 2-ci turunda "Çelsi" Braziliyanın "Flamenqo", "Los Anceles" isə Tunisin "Esperans" klubu ilə qarşılaşacaq.

Nihat

Seçilən
7
fanat.az

1Mənbələr