AZ

"Milan" "Valensiya"nın futbolçusunu transfer etməyə yaxındır

"Milan" Xavi Gerra Moreno transferi üzərində işləyir.

Sportal.az xəbər verir ki, Canluka Di Marzionun məlumatına görə, İtaliya klubu "Valensiya"nın 22 yaşlı yarımmüdafiəçisi ilə əlaqə saxlayıb və onun transfer dəyərini bonuslarla birlikdə 20 milyon avro olaraq qiymətləndirir.

Lakin ispan klubu futbolçu üçün daha yüksək məbləğ tələb edir.

Qeyd edək ki, Gerra ötən La Liqa mövsümündə 36 oyuna çıxaraq 3 qol və 3 assistlə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
11
sportal.az

1Mənbələr