Bu mövsümkü "Qızıl top"u kimin qazancağı futbol ictimaiyyətində böyük sual doğurur.
Offsideplus.az xəbər verir ki, artıq bu mübarizədə favorit dəyişib. İndi üçün əsas favorit PSJ-nin yarımmüdafiəçisi Vitinyadır.
Bu barədə "TNT Sports" məlumat yayıb.
PSJ Çempionlar Liqasını qazandıqdan sonra əsas favorit kimi Usman Dembele göstərilirdi. Yeni siyahıda o, 2-ci yerdədir.
3-cü yerdə isə "Barselona"nın gənc istedadı Lamin Yamal.
Qeyd edək ki, "Qızıl top" mükafatı öz sahibini sentyabrın 22-də tapacaq. Mükafatın son qalibi ispaniyalı Rodridir.