AZ

İran İsrailin gizli hərbi bazalarının 3D görüntülərini yayımladı – SEPAH-dan psixoloji savaş manevri

Musavat.com xəbər verir ki, İranın SEPAH-a yaxınlığı ilə tanınan “@sepah_pasdaran_ru” adlı Telegram kanalı İsrailin strateji əhəmiyyətli hərbi və kəşfiyyat mərkəzlərinə aid yüksək dəqiqlikli 3D peyk görüntüləri yayımlayıb.

Paylaşılan videoda başlıca hədəf kimi İsrailin ən mühüm hərbi obyektlərindən biri sayılan Ramat David hərbi hava bazası və digər strateji obyektlər ətraflı şəkildə təqdim olunub.

3D videoda hərbi texnikaların yerləşdiyi sahələr, uçuş zolaqları, silah-sursat anbarları və əməliyyat mərkəzləri aydın görünür. İran mediası bu görüntüləri “sionist rejimin zəif nöqtələrinin ifşası” və “yaxın perspektivdə endiriləcək dəqiq zərbələrə hazırlıq” kimi təqdim edir.

SEPAH-a bağlı mənbələr paylaşımı “rəsmi xəbərdarlıq” və “psixoloji üstünlük mesajı” olaraq dəyərləndirirlər. Məlumata görə, bu görüntülər peyk və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə toplanmış real kəşfiyyat məlumatlarına əsaslanır.

 

Musavat.com

Seçilən
8
musavat.com

1Mənbələr