AZ

İsrailə açıq dəstək, İrana xəbərdarlıq G7 sammitində səs küylü sənəd

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kanadada keçirilən G7 sammitinin yekun bəyanatının layihəsində İranın heç vaxt nüvə silahı əldə etməməli olduğu vurğulanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi sənədin surətinə istinadla məlumat yayıb.

Sənəddə həmçinin İsrailin özünü müdafiə etmək hüququna malik olduğu qeyd olunur.

Bəyanatda tərəflərə regional sabitliyin qorunması naminə gərginliyi azaltmaq çağırışı da yer alıb. Eyni zamanda G7 ölkələri enerji bazarlarında sabitliyin təmin olunması istiqamətində işləməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, agentliyin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp G7 ölkələrinin İran və İsraillə bağlı bəyanatını imzalamaqdan imtina edib.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
globalinfo.az

1Mənbələr