AZ

Rusiyalı ombudsman Azərbaycana təşəkkür etdi

Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra rusiyalı diplomatların sayəsində 324 nəfər təxliyə edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)Tatyana Moskalkova Teleqram kanalında yazıb.

“Diplomatlarımızın operativ işi sayəsində iyunun 14-də uşaqlar və digər dost dövlətlərin vətəndaşları da daxil olmaqla 86 nəfərdən ibarət birinci qrup “Astara” keçid məntəqəsi vasitəsilə təxliyə edilib. İyunun 15-də diplomatların və mədəniyyət xadimlərinin ailələri də daxil olmaqla, 238 rusiyalı üçün təhlükəsiz sərhəd keçidi təşkil edilib”, - deyə o bildirib.

Moskalkova həmçinin Azərbaycan hakimiyyətinə humanitar münasibətinə və evakuasiyanın təşkilində hərtərəfli köməyə görə minnətdarlığını bildirib.

Seçilən
12
1
axar.az

2Mənbələr