AZ

The New York Times: Ukrayna ABŞ ilə mineral sövdələşmə istiqamətində ilk addımı atır

Ukrayna ABŞ ilə mineral sövdələşmənin həyata keçirilməsi istiqamətində ilk addımı atır.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Nəşrin məlumatına görə, Kiyev Kirovoqrad vilayətində ölkənin ən böyük litium yatağı olan Dobranın işlənməsi üçün tender hazırlamağa başlayıb.

Qeyd olunur ki, bu, ABŞ ilə yaxınlarda bağlanmış saziş çərçivəsində ilk real addımdır və ona əsasən, faydalı qazıntıların hasilatından əldə olunan gəlirlərin yarısı Amerika-Ukrayna birgə fonduna daxil olacaq.

İştirak üçün iddiaçılar arasında "TechMet" (qismən ABŞ hökumətinə məxsusdur) və Trampa yaxın olan milyarder Ronald Lauderin daxil olduğu konsorsium da var.

Seçilən
17
teleqraf.com

1Mənbələr