AZ

Kanala düşən uşağı xilas etməyə çalışan gəncin meyiti tapıldı

Azxeber.com saytına istinadən ain.az xəbər verir.

Türkiyənin  şəhərində 3 gün əvvəl suvarma kanalına düşən 12 yaşlı Bünyamin Çiçəyi xilas etmək üçün suya atılan suriyalı 25 yaşlı Məhəmməd Əl Hüseynin cansız bədəni tapılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin Şanlıurfa bölgəsində baş verib.

Hadisə ötən şənbə günü saat 19:00 radələrində suvarma kanalında baş verib. İddiaya görə, kanal kənarında gəzən Bünyamin Çiçək tarazlığını itirərək suya düşüb. Hadisəni görən suriyalı Məhəmməd Əl Hüseyn uşağı xilas etmək üçün dərhal suya atılıb.

Güclü axıntı nəticəsində hər iki şəxs qısa müddətdə gözdən itib. Ətrafdakıların məlumat verməsi ilə hadisə yerinə polis, təcili tibbi yardım və sualtı axtarış-xilasetmə qrupları cəlb olunub. 3 gün davam edən axtarışlardan sonra Məhəmməd Əl Hüseynin meyiti, suya girdiyi yerdən təxminən 1 kilometr uzaqda yerləşən Harran Tənzimləyici qurğusu yaxınlığında tapılıb.

Əl Hüseynin cəsədi sudan çıxarılaraq ekspertiza üçün morqa təhvil verilib. Hazırda 12 yaşlı Bünyamin Çiçəyin axtarışları davam edir.

Oksana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
azxeber.com

1Mənbələr