AZ

Məşhur brendin varisi vəfat etdi

Axsham.az saytına istinadən ain.az xəbər verir.

"Estée Lauder" kosmetika imperiyasının varisi, şirkətin təsisçiləri Esti və Cozef Lauderin oğlu Leonard Lauder 93 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, məşhur iş adamı Nyu-Yorkun Manhetten bölgəsindəki evində dünyasını dəyişib.

Qeyd edək ki, Leonard Lauder 1958-ci ildən etibarən "Estée Lauder" şirkətində çalışıb. Müxtəlif illərdə o, prezident (1972–1995), baş direktor (1982–1999) və direktorlar şurasının sədri (1995–2009) vəzifələrini icra edib. Ömrünün son illərində isə şirkətin fəxri sədri olub.

Onun rəhbərliyi altında "Estée Lauder" bir sıra məşhur brendləri bazara çıxarıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
axsam.az

1Mənbələr