AZ

MMA üzrə ölkə kuboku keçirilib FOTO

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan MMA Federasiyasının təşkilatçılığı ilə MMA üzrə ölkə kuboku yarışı keçirilib.

İdman.biz xəbər verir ki, yarışda ölkənin bütün şəhər və regionlarını təmsil edən 39 klubdan 450-dək idmançı iştirak edib.

Yarış yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunub. Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, komanda hesabında “Abbasov Top Team” birinci yeri tutaraq Azərbaycan Kubokuna layiq görülüb.

Azərbaycan Kubokunun nəticələri əsasən iyulun 20-27-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək yeniyetmələr və gənclər arasında dünya çempionatı, eləcə də 27 sentyabr – 2 oktyabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil olunacaq böyüklər arasında dünya çempionatı üçün Azərbaycan yığma komandasının heyəti formalaşdırılacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
icma.az

2Mənbələr