AZ

Bakıda qamışdan tikilən bina TƏHLÜKƏDƏVİDEO

NZS qəsəbəsində yerləşən bu binalar qamışdan tikilib… Elə qopub tökülən fasadın altından da hörülmüş qamışlar görünür...

Xezerxeber.az xəbər verir ki, sakinlərin bildirdiyinə görə, yağan yağışlardan sonra bina daha çox qopub tökülür.

Bildirildi ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.

Məsələ ilə bağlı Xətai  rayon İH-dən "Xəzər Xəbər"ə bildirildi ki, ərazidəki digər binalar kimi bu bina da qəzalı binalardandır. Bu binaların mərhələli şəkildə sökülüb insanların köçürülməsi nəzərdə tutulub.

Yaxın zamanda da ordakı sakinlərə kompensasiyanın ödənilməsi, yaxud köçürülməsi həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
6
50
xezerxeber.az

10Mənbələr