AZ

İran nüvə sazişindən çıxır –PARLAMENT SƏS VERDİ

İran parlamenti ölkənin Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasına səs verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bunu həftəlik mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, İran XİN Tehranın NPT-dən çıxmasını müzakirə etmək üçün ölkə parlamenti ilə koordinasiya edir: "Biz parlamentlə daimi təmasdayıq. Təbii ki, ölkə parlamentinin qəbul etdiyi qanunlar mütləq icra olunacaq. İndi bütün müvafiq qanun layihələri parlamentdə müzakirə olunur və Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı ölkə parlamenti ilə daim əməkdaşlıq edir".

 

Baqayi qeyd edib ki, Tehran müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdə davam edir və nüvə silahının Yaxın Şərqdə yeri olmadığına inanır.

Seçilən
8
3
senzor.az

7Mənbələr