AZ

Azərbaycandan göndərilmiş 20 tondan çox kartof Rusiyaya buraxılmayıb

Rusiyanın Kalininqrad vilayətində fəaliyyət göstərən “Sirius” müvəqqəti saxlama anbarında karantin fitosanitar nəzarəti zamanı Azərbaycandan avtomobil nəqliyyatı ilə göndərilmiş 20 tondan çox kartofda təhlükəli karantin obyekti – qızılı kartof nematodu (Globodera rostochiensis) aşkarlanıb.

NOCOMMENT.az xəbər verir ki, Oxu.Az bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) saytına istinadla xəbər verir.

Məlumata görə, son illərdə idxal olunan məhsullarda bu cür təhlükəli karantin obyektinə rast gəlinməyib.

Bildirilir ki, nematodun yayılmasının qarşısını almaq məqsədilə kartof partiyasının Kalininqrad vilayəti ərazisinə buraxılmasına icazə verilməyib.

Qeyd edək ki, qızılı kartof nematodu mikroskopik ölçülü qurd olub, ən təhlükəli karantin zərərvericilərindən biridir.

Seçilən
4
19
nocomment.az

10Mənbələr