AZ

Azərbaycan ilk medalını qazandı - DÇ

Cüdoçumuz Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançımız mübarizəyə 1/16 finaldan başlayıb və çinli Tsyanqnan Vanı məğlub edib.

Zelim 1/8 finalda braziliyalı Luan Almeydaya,1/4 finalda yaponiyalı Yoonvan Linə qalib gəlib. Lakin Tçkayev yarımfinalda gürcüstanlı Tato Qriqalaşviliyə uduzub.

O, 3-cü yer uğrunda görüşə çıxıb. Cüdoçumuz BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilidən üstün olaraq bürünc medalı qazanıb.

Qeyd edək ki, Azərbaycan dünya çempioatında 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq.

Ötən gün Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov (73 kq) gözlənilməz məğlubiyyətlə üzləşib. O, 1/16 finalda Portuqaliyanı təmsil edən əslən gürcüstanlı Otari Kvantidze ilə qarşılaşıb və uduzaraq mübarizəni erkən başa vurub.

Seçilən
8
2
football-plus.az

3Mənbələr