AZ

İsrail Ordusu Tehranda İran Silahlı Qüvvələrinin Rabitə Mərkəzinə zərbə endirib

Bakı. Trend:

İsrail Ordusu Tehranda İran Silahlı Qüvvələrinin RabitəMərkəzinə dəqiq zərbə endirdiyini açıqlayıb. Məlumat İranın dövlətteleradio yayımçısının binasının fotosu ilə müşayiət olunub.

Trend xəbər verirki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat Xidməti məlumatyayıb.

Bildirilir ki, bazar ertəsi günü İsrail Hərbi Hava QüvvələrininKəşfiyyat İdarəsinin kəşfiyyat məlumatlarına əsasən İran SilahlıQüvvələrinin hərbi məqsədlər üçün istifadə etdiyi rabitə mərkəzihədəfə alınıb və dəqiq zərbə endirilib.

Məlumatda təqdim olunan foto İranın əsas teleradioyayım şirkəti– İran İslam Respublikası Yayımlarının (IRIB) qərargahı kimigörünən binanın havadan çəkilişidir. Bundan əvvəl IRIB qəzetiİsrailin zərbələrindən birinin İranın dövlət televiziyasınınbinasına dəydiyini xəbər vermişdi.

Seçilən
5
1
az.trend.az

2Mənbələr