AZ

Hindistan öz vətəndaşlarını Ermənistan vasitəsilə İrandan təxliyə edir

BAKI, 16 iyun. TELEQRAF

İsrail və İran arasında gərginliyin artması fonunda Hindistan öz vətəndaşlarını İranın yüksək riskli bölgələrindən təxliyə etməyə başlayıb və Ermənistan vasitəsilə təxliyə variantını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "The New Indian Express" məlumat yayıb.

Xarici İşlər Nazirliyi Hindistan vətəndaşlarının, o cümlədən tələbələrin Tehrandakı Hindistan səfirliyinin nəzarəti altında İran daxilində təhlükəsiz yerlərə köçürüldüyünü təsdiqləyib.

Hökumət təxliyə yollarını öyrənir və Ermənistandan təhlükəsiz yer kimi istifadənin mümkünlüyü ilə bağlı müzakirələr aparılır.

Hindistanın xarici işlər naziri Caişankar erməni həmkarı Ararat Mirzoyanla logistik və diplomatik koordinasiya məsələlərini müzakirə etmək üçün danışıqlar aparıb.

Hindistan hökumətinin məlumatına görə, İranda 2000-dən çox tələbə də daxil olmaqla 10.000-ə yaxın Hindistan vətəndaşı yaşayır.

Seçilən
9
teleqraf.com

1Mənbələr