AZ

Liam Delap: “Mən “Çelsi” üçün qollar vurmağa gəlmişəm”

“Çelsi”nin yeni transferi, 22 yaşlı ingilsi mərkəz hücumçusu Liam Delap “zadəganlar”ın düşərgəsinə keçidini şərh edib.

Arena.az “Çelsi”nin rəsmi saytına istinadən, Delapın müvafiq açıqlamasını təqdim edir:

“Çox təsirlənmişəm. Oyunu kefiyyəti nə qədər də yüksəkdir. Mən burada olmağıma həqiqətən də şadam. Bir yeni gəlmiş oyunçu kimi, mənə, öyrənmək və oyunçuların yanında olmaq, müvafiq münasibətləri inkişaf etdirmək gərəkdir, çünki bu, yeni klubumdur. Bura gəlməyimlə, hamı ilə yaxınlaşmağım xoşdur.

Mən bura, qollar vurmağa, komandaya mütləq surətdə kömək etməyə gəlmişəm… Mən aqressivəm. Mənə, müdafiəçilərlə mübarizə aparmaq xoş gəlir. Mən cəldəm, hücumları yaxşıca başa vururam, odur ki, məni izləmək maraqlı olacaq.

Liam Delap “Mançester Siti”nin məzunudur. Hücumçu, karpyerası ərzində “Stok Siti”, “Preston Nort End”, “Hall Siti” və “İpsviç Taun”da oynayıb.

Delap cari mövsümdə “İpsviç Taun” üçün 40 oyun keçirib, 12 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Liam İngiltərənin U-15, U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarına dəvət alsa da, “üç şir”in əsas heyətinə hələ cəlb edilməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis mərkəz hücumçusunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
8
arena.az

1Mənbələr