AZ

Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi

Rusiya, Belarus, İspaniya və digər ölkələrin vətəndaşları kiçik qruplar şəklində “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə edilib.

Viral.az “Report”a istinadən xəbər verir ki, təxliyə olunanlar arasında Rusiya vətəndaşları üstünlük təşkil edir.

Bu gün axşama doğru intensivlik müşahidə olunur. Qeyd edək ki, təxliyə edilənlər ölkələrinə qayıtmaları üçün avtobuslarla hava limanına aparılır. Hazırda keçid məntəqəsi 24 saat fasiləsiz rejimdə faəliyyət göstərərək İrandan təxliyə olunan əcnəbiləri qəbul edir.

Son Yazılar:

Xatırladaq ki, daha əvvəl Portuqaliya, Filippin və Finlandiya vətəndaşları Azərbaycan sərhədindən keçərək İrandan təxliyə olunub.

***

Belarus vətəndaşlarından ibarət, 3-ü böyük 1-i uşaq olmaqla 4 nəfər “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə edilib.

Viral.az “Report”a istinadən xəbər verir ki, hazırda keçid məntəqəsi 24 saat fasiləsiz rejimdə faəliyyət göstərərək İrandan təxliyə olunan əcnəbiləri qəbul edir.

Qeyd edək ki, daha əvvəl Portuqaliya, Filippin və Finlandiya vətəndaşları Azərbaycan sərhədindən keçərək İrandan təxliyə olunub

Seçilən
3
9
viral.az

10Mənbələr